Sabunçuda yol qəzası: ölən var

6-04-2026, 09:20 - Hadisə

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Kərimov Zülfi Heybət oğlunu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.