Qobustanda faciə

8-04-2026, 09:25 - Hadisə

Qobustanda azyaşlı gölməçədə boğularaq ölüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 7-də Qobustan rayonu ərazisində baş verib.

Belə ki, rayonun qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə azyaşlı suda boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.