Heydər Əliyev Beynəlxalq Aeroportunda Hindistan vətəndaşı vəfat edib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 5-də saat 19:00 radələrində baş verib.
Belə ki, Milan–Bakı–Dehli marşrutu üzrə tranzit səfər edən Hindistan vətəndaşının hava limanının ərazisində səhhəti pisləşib və o, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.