Bu ilin yanvar ayında Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 milyon ABŞ dolları və ya 56,4% çoxdur.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında bu göstərici ilə qızıl (33 milyon ABŞ dolları) birinci olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.