Gümüşün qiyməti 90 dolları keçib

14-05-2026, 00:50 - İqtisadiyyat

"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bir hissəsi) 2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan gümüş füçerslərinin dəyəri 10 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 90 dollardan yuxarı qalxıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə birjanın təqdim etdiyi rəsmi göstəricilərdən məlum olur.

Bakı vaxtı ilə saat 20:15-ə olan göstəricilərə görə, gümüşün qiyməti 5.18% bahalaşaraq bir troy unsiyası üçün 90.025 dollar təşkil edib. Saat 20:20-yə doğru artım tempi nisbətən yavaşlayıb və qiymətli metalın bir unsiyası 89.78 dollar (+4.89%) səviyyəsində ticarət olunub.

Bununla yanaşı, 2026-cı ilin iyun ayında "Comex"də tədarük ediləcək qızıl füçerslərinin dəyərində də artım qeydə alınıb. Belə ki, qızılın bir troy unsiyası 0.46% bahalaşaraq 4 708.4 dollara bərabər olub.