Azərbaycanda ehtiyac meyarı artırılacaq

5-11-2026, 11:55 - İqtisadiyyat

2027-ci il üçün Azərbaycanda ehtiyac meyarının həddi 314 manat müəyyən edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində təsdiq edilib. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çox olacaq.

Qeyd edək ki, qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.