Azərbaycan XİN İspaniyanı Milli Günü münasibəti ilə təbrik etdi

12-10-2024, 10:35 - Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyanı Milli Günü münasibəti ilə təbrik edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"İspaniya və onun xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edir və ən xoş arzuları çatdırırıq. Milli Günün mübarək, İspaniya", - paylaşımda qeyd olunub.