Nazir şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırdı

12-10-2024, 12:04 - Siyasət

Müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.