Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir “X” sosial media hesabında paylaşım edib.
Azərbaycanın ulu öndəri, "Bir Millət İki Dövlət" şüarının banisi Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və ehtiramla yad edirik", - deyə bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.