TƏBİB-in icraçı direktoruna yeni səlahiyyət verilib

4-11-2024, 10:05 - Cəmiyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoruna yeni səlahiyyət verilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.