Xankəndiyə növbəti köç karvanı yola salınıb

19-06-2026, 09:40 - Cəmiyyət

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytında dərc edilib.

"Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir", - deyə məlumatda qeyd edilib.