Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.