Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

11-09-2026, 12:30 - Cəmiyyət

Azərbaycan Avtomobil Federasiyası qurumun adından saxta elektron məktublar göndərilməsinə dair xəbərdarlıq edir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, kiberdələduzluq nəticəsində Federasiyanın info@faa.az elektron poçt ünvanından müxtəlif şəxslərə guya xeyriyyə məqsədi ilə ianələr toplanılmasına dair məktublar göndərilib.

Azərbaycan Avtomobil Federasiyası bu məzmunda məktubların federasiya ilə bağlı olmadığını bildirir və vətəndaşları belə dələduzluq hallarına qarşı diqqətli olmağa çağırır.