Zığ şosesində hərəkət bərpa olunub

1-10-2026, 07:20 - Cəmiyyət

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yük avtomobilinin aşması səbəbindən 8 Noyabr prospekti istiqamətində tətbiq edilən müvəqqəti hərəkət məhdudiyyəti aradan qaldırılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

xxx

23:35

Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunun Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.