Bakının Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.