“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlandı

28-12-2024, 09:40 - Cəmiyyət

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 30 dekabr – 3 yanvar tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 4 yanvar tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.