ABŞ Prezidenti Donald Tramp aprelin 1-də İrana qarşı hərbi əməliyyatlarla bağlı Amerika xalqına müraciət edəcək.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
Livitt bildirib ki, Prezident çıxışında İranla bağlı mühüm yenilikləri təqdim edəcək. Onun sözlərinə görə, müraciət aprelin 1-i yerli vaxtla saat 21:00-da, Bakı vaxtı ilə isə aprelin 2-si səhər saat 05:00-da baş tutacaq.