İsrail Livanın cənubuna hücumlarını davam etdirib

Dün, 03:10 - Dünya

İsrail ordusu gecə yarısı atəşkəs elan edildikdən sonra Livanın cənubunu atəşə tutmağa davam edir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi xəbər verib.

Məlumata əsasən, İsrail Livanın cənubundakı Xiam və Dbeybin şəhərlərini pulemyotlardan atəşə tutub.

Qərbi Bekaa bölgəsində də PUA hücumları qeydə alınıb.