ABŞ-də məsciddə atışma olub, ölənlər var

Bugün, 01:40 - Dünya

ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 5 nəfər həyatını itirib.

San-Dieqo Polis Departamenti vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.

İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.