Serbiyada parlament seçkiləri payızda keçiriləcək - Vuçiç

22-05-2026, 05:10 - Dünya

Serbiyada parlament seçkiləri payızda, sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

"Seçkilər sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, may ayının əvvəlində Serbiya prezidenti ölkədə erkən parlament seçkilərinin iki və ya altı ay ərzində keçirilə biləcəyini irəli sürüb.