Qırğızıstan Rusiyadan yanacaq asılılığını azaltmaq üçün neft emalı zavodu tikəcək

23-07-2026, 02:30 - Dünya

Qırğızıstan hökuməti ölkənin cənubunda kiçik neft emalı zavodunun tikintisini təsdiqləyib. Məqsəd Rusiyadan yanacaq idxalından asılılığı azaltmaq və ölkənin enerji təhlükəsizliyini gücləndirməkdir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Dəyəri 25 milyon ABŞ dolları olan layihə “Central Asian Energy LLC” adlı Çin şirkəti tərəfindən maliyyələşdiriləcək. Tərəflər artıq müvafiq saziş imzalayıblar.

Layihəyə əsasən, müəssisədə K5 və K6 ekoloji standartlarına uyğun benzin və dizel yanacağı, həmçinin bitum və mühərrik yağları istehsal olunacaq. Tikintinin birinci mərhələsinin 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılır.

Agentliyin məlumatına görə, yeni zavodun illik neft emalı gücü 450 min ton olacaq. Müəssisə Cəlal-Abad vilayətinin Köçkor-Ata şəhərində yerləşəcək.