Bu gün Şərq vaxtı ilə saat 17:45-də İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdə yerləşdirilmiş ABŞ qüvvələrinə qəfil hücum cəhdi məqsədilə İrandan bir neçə ballistik raket buraxıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"İranın buraxdığı bütün raketlər uğurla zərərsizləşdirilib. ABŞ qüvvələri ayıq-sayıqlığını qoruyur və yüksək döyüş hazırlığı vəziyyətindədir", - deyə məlumatda bildirilib.