İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

19-08-2026, 05:05 - Dünya

İsrail Suriyanın şimal-qərbindəki İdlib əyalətindəki hərbi bazaya zərbə endirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, Suriya hökuməti həmin bazada heç bir xarici qüvvənin olmadığını bildirsə də, Suriya ordusu oraya hücum edib.

Hücumlar nəticəsində bazaya ziyan dəyib. Mülki şəxslərin arasında itkinin olub-olmaması barədə məlumat verilməyib.