Paşinyan Makronla görüşüb

Dün, 11:05 - Dünya

Parisin Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV yazır.

Məlumata görə, Paşinyan və Makron görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafını, kosmik sahədə əməkdaşlığı, eləcə də regional prosesləri müzakirə ediblər.

Tərəflər sülhün möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Paşinyan Beynəlxalq Kosmik Sammitdə iştirak etmək ötən gün Fransaya səfər edib. Sammit 9–10 sentyabr tarixlərində Parisdə keçirilir.