Berlində solçu radikalların aksiyası başa çatıb

1-11-2026, 00:15 - Dünya

Berlində solçu radikal qruplaşmaların nümayəndələrinin iştirakı ilə keçirilən yürüş başa çatıb, iştirakçılar ərazini tərk edirlər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS məlumat verib.

Polis baş verənlərə nəzarət edir, etirazçıların ərazidə qalan ayrı-ayrı qruplarını izləyir. Prenzlauer Alleydə hələ də gücləndirilmiş polis qüvvələri növbə çəkir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, solçu və Fələstinə dəstək verən fəalların yürüşündə ümumilikdə təxminən 3 min nəfər iştirak edib.

Bundan əvvəl nümayiş iğtişaşlara çevrilib – polis əməkdaşlarına pirotexniki vasitələr və butulkalar atılıb.

Bir neçə nəfər saxlanılıb, bəzi şəxslərə tibbi yardım göstərilməsi lazım gəlib. Hələlik dəqiq rəqəmlər açıqlanmır.