Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var

2-11-2026, 01:35 - Dünya

ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkəsində yazıb.

Hadisə Palm-Biç dairəsinin Qrinakres şəhərində, yerli vaxtla saat 13:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş verib.

İlkin məlumata görə, “Learjet 60” tipli biznes təyyarəsi ağaca çırpıldıqdan sonra elektrik xətlərinə zərər vurub. Hadisə yerində böyük krater yaranıb və yanğın baş verib.