1980-ci ildə “Formula 1” üzrə dünya çempionu olmuş avstraliyalı pilot Alan Cons 80 yaşında vəfat edib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Avtoidman Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Onun ölümünə səbəb qısamüddətli xəstəlik olub. Konkret hansı xəstəlikdən söz getdiyi qeyd olunmur.
Alan Cons “Formula-1”də 10 mövsüm çıxış edib. O, “Williams” komandasının heyətində dünya çempionu titulunu qazanıb. Pilot 12 Qran-pri yarışının qalibi olub və 24 dəfə mükafatçılar sırasına yüksəlib.