Abşeron sakini dəm qazından boğuldu

16-01-2026, 09:35 - Hadisə

Abşeron sakini dəm qazından boğularaq, həyatını itirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə yanvarın 15-də saat 20 radələrində baş verib.

Belə ki, Yeni massivdə yaşayan 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yaşadığı evdə qızdırıcı sobanın dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.