Şəmkir sakini dəm qazından boğulub

30-01-2026, 09:30 - Hadisə

Şəmkir sakini dəm qazından boğulub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Məmmədov Ruhlan Etibar oğlu yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Fakt ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.