Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb – DİN

2-03-2026, 10:31 - Hadisə

Fevralın 28-də və martın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.