Argentina Avstriyanı məğlub etdi - DÇ-2026

23-06-2026, 00:00 - İdman

2026-cı il dünya çempionatında J qrupunun 2-ci turunun oyunları keçirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Turun mərkəzi görüşündə Argentina millisi Avstriya ilə qarşılaşıb. Matç 2:0 hesablı Argentina yığmasının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

Dünya çempionatı
J qrupu, II tur
21:00. Argentina – Avstriya 2:0

Qol: L. Messi, 40, 90+5