Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işlərinə başlanılır

14-05-2026, 08:05 - İqtisadiyyat

Cəbrayıl rayonu Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işlərinə başlanılır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum sözügedən işlərin icrasını Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işləri 920 min manata başa gələcək.