Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycandakı layihə portfeli ilə bağlı məlumatları açıqlayıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, yenilənmiş məlumatlara əsasən, AYİB-in Azərbaycandakı layihə portfelinin həcmi 881 milyon avro təşkil edib və 35 layihəni əhatə edir.
AYİB-in hesabatına görə, bankın bu layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 718 milyon avro qiymətləndirilir.
Portfelin strukturu belədir: korporativ sektor – 3 faiz, maliyyə institutları – 7 faiz, dayanıqlı infrastruktur – 89 faiz. Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faiz təşkil edir.
Azərbaycanda fəaliyyətə başladığı vaxtdan AYİB ölkə iqtisadiyyatına ümumilikdə 3,771 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,562 milyard avro təşkil edir.
İndiyədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək verib.
Trend-in hesablamalarına görə, 2020-2025-ci illərdə AYİB Azərbaycana ümumilikdə 573 milyon avro investisiya yatırıb.
İllik investisiyaların həcmi aşağıdakı kimi dəyişib: