Milli Məclisin payız sessiyasının başlama vaxtı açıqlandı

28-09-2024, 10:30 - Siyasət

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda, həmçinin, VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.