Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub

31-10-2024, 10:01 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.