Diplomatik korpusun nümayəndələri Xankəndiyə səfər ediblər

11-09-2026, 15:10 - Siyasət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Zəfər Parkını ziyarət ediblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, səfər iştirakçıları Zəfər tağının önündə xatirə fotosu çəkdiriblər.

Daha sonra diplomatik korpusun nümayəndələri Zəfər meydanına yollanıblar.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 150 nəfərdən ibarət heyət iştirak edir.

Daha sonra diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

xxx

12:00

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

xxx

11:00

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər şəhərlərinə səfəri başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi səfər ediblər.

Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində bərpa-quruculuq işləri gedir. Diplomatik korpusun nümayəndələri burada görülən işlərlə tanış olublar.

Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edəcəklər.