Bir sıra yollarda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Dün, 09:25 - Cəmiyyət

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, dünən axşam saatlarında hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.