2024-cü ildə 301 nəfər sərhəd pozucusu saxlanılıb

22-11-2024, 09:12 - Cəmiyyət

2024-cü ildə 301 nəfər sərhəd pozucusu saxlanılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Şəmkir mediatur zamanı açıqlamasında deyib.

“Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb”, - o bildirib.