Kürdəmirdə toyda kütləvi zəhərlənmə

1-10-2026, 10:30 - Cəmiyyət

Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı məlumata görə, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.