99-cu və 100-cü “Oskar” mərasimlərinin tarixləri açıqlanıb

9-04-2026, 04:10 - Dünya

ABŞ Kino Sənəti və Elmləri Akademiyası “Oskar” mükafatının 99-cu və 100-cü təqdimat mərasimlərinin keçiriləcəyi günləri elan edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında açıqlama yerləşdirilib.
Bildirilib ki, 99-cu mükafatlandırma mərasimi 2027-ci il martın 14-də, 100-cü yubiley tədbiri isə 2028-ci il martın 5-də baş tutacaq. 2027-ci il üzrə namizədlərin siyahısı yanvarın 21-də açıqlanacaq. Yubiley mərasiminin dəqiq proqramı isə hələ tam müəyyənləşdirilməyib.

Hər iki mərasimi dünyanın 200-dən artıq ölkəsində izləmək mümkün olacaq.