İsrail Livandakı raket qurğularını vurduğunu açıqlayıb

10-04-2026, 04:30 - Dünya

İsrail Müdafiə Ordusu Livanda İsrail ərazisinə atəş açmaq üçün istifadə edilən raket qurğularını hədəf alaraq yeni zərbələr endirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail ordusu dünən gecə İsrailin şimalına raket atıldığı 10 raket qurğusunu məhv edib", - deyə açıqlamada qeyd edilib.

İsrail ordusu əlavə edib ki, hazırda Livanda əlavə raket qurğularının axtarışı və məhv edilməsi davam etdirilir.