Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək planlarının olmadığını bildirib

Dün, 02:50 - Dünya

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onunla müsahibə aparan "Fox News" jurnalisti Maria Bartiromo bildirib.
"Ondan müharibənin bitib-bitmədiyini soruşdum və o, "Bitdi" cavabını verib", - deyə o bildirib.

"Fox News" müsahibənin özünü daha sonra yayımlamağı planlaşdırır.