Rumıniyanın müdafiə naziri Radu Miruța və ABŞ-nin ordu katibi Daniel Driskoll pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı sistemlər üzrə əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rumıniya Böyük Britaniyadan sonra dünyada “American Counter-UAS Marketplace” platformasına real vaxt rejimində çıxış əldə edən ikinci ölkə olub. Bu platforma 1600-dən çox dron əleyhinə həllə çıxış təmin edən və cavab, eləcə də təchizat müddətini əhəmiyyətli dərəcədə azaldan müasir vasitədir”, – deyə nazir sosial şəbəkədə yazıb.