İran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək - Ali Liderin nümayəndəsi

18-05-2026, 00:00 - Dünya

Vaşinqtonla aparılan danışıqlarda iştirak edən İran nümayəndə heyəti ölkənin ali rəhbərliyinin tam nəzarəti altında fəaliyyət göstərir və bütün addımlar Ali Lider Müctəba Xamenei tərəfindən təsdiqlənir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Ali Liderinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadeqi məlumat verib.

O vurğulayıb ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.