ABŞ-nin "Take-Two" video oyun istehsalçısı "Grand Theft Auto" (GTA) oyun seriyasının altıncı hissəsinin 19 noyabrda çıxacağını təsdiqləyib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Şirkətin baş direktoru Ştraus Zelnikin sözlərinə görə, yeni hissənin reklam kampaniyasına bu yay başlanılacaq.
"Bloomberg" qeyd edib ki, bu açıqlamadan sonra "Take-Two Interactive" şirkətinin səhmləri təxminən 7% artıb.