İsrail və Livan atəşkəs barədə razılığa gəlib

Bugün, 05:55 - Dünya

İsrail və Livan nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəsin icrası ilə bağlı razılıq əldə ediblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə tərəflərin ABŞ Dövlət Departamentinin mətbuat xidməti vasitəsilə yayımlanan birgə bəyanatında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, İsrail və Livan nümayəndə heyətləri iyunun 2-3-də Vaşinqtonda bir sıra görüşlər keçiriblər.

Sənədə əsasən, ABŞ-nin vasitəçiliyi ilə aparılan müzakirələr nəticəsində tərəflər atəşkəs rejiminin həyata keçirilməsi və onun şərtlərinə əməl olunması barədə ortaq mövqeyə gəliblər.

Razılaşmaya görə, Livanın radikal “Hizbullah” hərəkatı bütün hərbi fəaliyyətləri tam dayandırmalı, təşkilatın silahlı qüvvələri isə Litani çayının cənubunda yerləşən ərazilərdən çıxarılmalıdır.

Bununla yanaşı, Beyrut ölkə ərazisində dövlət nəzarətini gücləndirmək məqsədilə ABŞ-nin dəstəyi ilə Livan Silahlı Qüvvələrinin imkanlarının artırılması istiqamətində öhdəlik götürüb.