Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun daha 4 oyunu keçirilib

Bugün, 01:05 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk oyun gününün qalan 4 qarşılaşması keçirilib.

Azərbaycan təmsilçisi “Sabah”ın rəqiblərindən biri olan Dortmund “Borussiya”sı öz meydanında İspaniyanın “Vilyarreal” klubunu qəbul edib.

Günün mərkəzi qarşılaşması isə Madriddə baş tutub. “Real” doğma azarkeşləri önündə İtaliya nəhəngi “İnter”lə üz-üzə gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur

23:00 "Borussiya Dortmund" (Almaniya) – "Vilyarreal" (İspaniya) 3:2
23:00 "Portu" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə) 0:2
23:00 "Lill" (Fransa) – "Betis" (İspaniya) 2:3
23:00 "Real" (İspaniya) – "İnter" (İtaliya) 2:1