Si Cinpin Şimali Koreyaya səfər edəcək

Bugün, 06:40 - Dünya

Çin Prezidenti Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Bildirilib ki, bu, onun son altı ildən artıq müddətdə KXDR-yə ilk səfəri olacaq.
Mayın sonunda "Yonhap" agentliyi məlumatlı mənbələrə istinadən bildirmişdi ki, Çin lideri artıq gələn həftə Şimali Koreyaya səfər edə bilər.

Mənbə qeyd edib ki, Si Cinpin Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdə vasitəçi rolunu oynaya bilər. Li Ce Men yanvar ayında Çinə dövlət səfəri zamanı Si Cinpindən Koreyalararası münasibətlərdə vasitəçilik etməyə kömək göstərməsini xahiş edib və Çin lideri bu müraciətə müsbət yanaşıb.