İlon Mask tarixdə ilk trilyoner olub

Bugün, 03:30 - Dünya

Amerikalı sahibkar İlon Mask SpaceX şirkətinin səhmlərinin IPO vasitəsilə yerləşdirilməsi sayəsində tarixdə ilk trilyoner olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, şirkət daha əvvəl IPO çərçivəsində rekord həcmdə - 75 milyard dollar cəlb edəcəyini bildirib.

ABŞ-nin "SpaceX" şirkəti iyunun 11-də keçiriləcək birja yerləşdirməsi ərəfəsində səhmlərinin sayını və qiymətini açıqlayıb. Şirkət hər biri 135 dollar olmaqla 555 555 555 səhm yerləşdirib.