Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyalar paketini altı ay əvəzinə bir il müddətinə uzatmaq qərarına gəliblər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının nümayəndəsi jurnalistlərə bildirib.
"Aİ liderləri sanksiyaları əvvəlki altı ay əvəzinə birdən 12 ay uzatmaq qərarına gəliblər", - deyə o bildirib.
Birtərəfli məhdudiyyətlərin bütün dəstini 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək.